Əlilliyin qarşısını almaq üçün çarə...

Əlilliyin qarşısını almaq üçün çarə...
  28 Noyabr 2014    Oxunub:1653
`Biz "Əlilliyin qarşısının alınması, əlillərin sosial reabilitasiyası və sosial müdafiə haqqında" yeni qanun layihəsi hazırlamağı və bununla bağlı ictimai dinləmələr keçirməyi nəzərdə tuturuq`.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib.

Komitə sədrinin sözlərinə görə, ilkin olaraq bu yöndə müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin hazırlanması qərara alınsa da, sonradan tam yeni qanun layihəsinin işlənilib hazırlanması məqsədəuyğun sayılıb.

"Bildiyiniz kimi, komitəmizin iki üzvü Yaqub müəllim və Sevinc xanım bu məsələni gündəmə gətiriblər. Biz əgər mövcud qanuna dəyişikliklərlə bağlı qanun layihəsini hazırlasaq, bütün məsələləri orada əhatə edə bilməyəcəyik, ona görə də bu yöndə tam yeni qanun layihəsi üzərində işləməyi nəzərdə tuturuq.

Onu da deyim ki, bununla bağlı Nazirlər Kabineti, həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər görülür. Odur ki, dekabrın 10-da bu yöndə qanun layihəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də QHT-lərlə birgə ictimai dinləmələr keçirməyi nəzərdə tuturuq"-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti