Soyuq, şaxta, qar gəlir - Xəbərdarlıq

Soyuq, şaxta, qar gəlir - Xəbərdarlıq
  28 Noyabr 2014    Oxunub:3390
Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayına olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında Temperatur Orta aylıq 4-7° isti gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr 1-5° isti, ayrı-ayrı günlərdə 0-4° şaxta təşkil edəcək.

Gündüzlər 5-10° isti, bəzi günlərdə 2° şaxtadan 2°-dək isti.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 25-34 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında Temperatur Orta aylıq 5-8° şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 9-14° şaxta, bəzi günlərdə 18-23°, ayın sonunda 25-28° şaxta.

Gündüzlər 2° şaxtadan 3°-dək isti, ayın birinci ongünlüyünün bəzi günlərində 4-6° isti, ayın ortalarında və sonunda 6-11° şaxta olacağı gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 20-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq 0-5° şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır.

Gecələr 3-8° şaxta, bəzi günlərdə 15°-dək şaxta, ayın sonunda 18-23° şaxta gözlənilir.

Gündüzlər 3° şaxtadan 2°-dək isti, ayrı-ayrı günlərdə 5-10° şaxta təşkil edəcək. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 27-30 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq -2° şaxtadan 3°-dək isti gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8° şaxta, ayın birinci ongünlüyündə 0-5° isti olacağı gözlənilir. Gündüzlər 1-6° isti, bəzi günlərdə 0-5° şaxta təşkil edəcək.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 13-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında isə orta aylıq 0-5° şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır.

Gecələr 3-8° şaxta, ayın sonunda 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta gözlənilir

Gündüzlər 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 2-7° şaxta, dağlarda 13°-dək şaxta, ayın birinci ongünlüyünün bəzi günlərində 4-6° isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-48 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq 0-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Gecələr 0-5° isti, bəzi günlərdə 2-7°-dək şaxta gözlənilir.

Gündüzlər 3-8° isti, ayın birinci ongünlüyündə 10-12° şaxta, ikinci və üçüncü
ongünlüyün bəzi günlərində 3° şaxtadan 2°-dək isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 19-32 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq 0-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Gecələr 0-4° şaxta, ayın sonunda 1-6° şaxta, dağlarda 3-8° şaxta, ayın sonunda 15-18° şaxta təşkil edəcək.

Gündüzlər 5-10° isti, dağlarda 2-7° şaxta gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 45-106 mm) olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti