Qızı `qaçırılan` məmurdan AÇIQLAMA
Vüqar Taşovun sözlərinə görə, onun qızı heç yerə qaçmayıb və indi evdədir.
"Birincisi qızım 9-cu sinifdə oxuyur, ikincisi o heç yerə qaçmayıb. Hazırda evdədir. Sadəcə evdə narazılıq olmuşdu. Üstünə qışqırmışdım. Bir az qorxmuşdu. Hələ uşaqdır, dərsi var. Universitetdə oxumalıdır. Onun sevgi barədə düşünən vaxtı deyil. Yazılanlar yalandır”, - deyə Vüqar Taşov bildirib.
Qeyd edək ki, axar.az saytı Balakən rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Vüqar Taşovun 8-ci sinifdə oxuyan 14 yaşlı qızı könüllü qaçdığı ilə bağlı məlumat yaymışdı. Məlumatda qızın ailəsinə məktub yazdığı da qeyd olunurdu.