Məmmədyarov görüş keçirdi

Məmmədyarov görüş keçirdi
  26 Noyabr 2014    Oxunub:1399
Azərbaycan xarici işlər naziri Elmar Məmmmədyarov Filippinin yeni səfiri Maria Rovena Mendoza Sançezi qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Filippin arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli müqavilə-hüquq bazasının və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin, habelə qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.

Səfir M. Sançez diplomatik fəaliyyəti müddətində ölkəsi ilə Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. E. Məmmədyarov isə M. Sançesə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

E. Məmmmədyarov bu gün həmçinin Tailandın yeni səfiri Tharit Çarungvatı qəbul edib.

Görüşdə Azərbaycanla Tailand arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, iqtisadi-ticarət və turizm əlaqələrinin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı səfərlər məsələləri müzakirə edilib.

Səfir T. Çarungvat diplomatik fəaliyyəti müddətində ölkəsi ilə Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Öz növbəsində E. Məmmədyarov ona diplomatik fəaliyyətində uğurlar arzu edib.


Teqlər:





Xəbər lenti