FHN 38 nəfəri xilas edib - Lənkəranda

FHN 38 nəfəri xilas edib - Lənkəranda
  25 Noyabr 2014    Oxunub:1535
Fövqəladə Nallar Nazirliyi Lənkəran rayonunun Girdəni kəndinə yağan yağışlar nəticəsində yaranan daşqınla bağlı açıqlama yayıb.
FHN-dən AzVision.az-a bildiriblər ki, 25 noyabr 2014-cü il tarixində, Lənkəran rayonu, Girdəni kəndi ərazisində yağan yağışlar nəticəsində vətəndaşların fərdi yaşayış evləri və həyətyanı sahələri su ilə dolub. Əraziyə cəlb olunmuş Cənub Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri köməksiz vəziyyətdə qalmış 38 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyyə ediblər.

Həmçinin, xilasedicilər Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yağış suları dolmuş mal-qara fermasından 30 baş xırda buynuzlu və 10 baş iri buynuzlu heyvanları təhlükəsiz əraziyə çıxarıb, Lənkəran şəhərində su basmaya məruz qalmış fərdi yaşayış evlərinin və həyatyanı sahələrdə suçəkmə işləri aparıb. Ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.


Teqlər:  





Xəbər lenti