Dini liderlər siyasətə qoşulmamaq şərtilə...

Dini liderlər siyasətə qoşulmamaq şərtilə...
  16 Fevral 2013    Oxunub:1493
“Din xadimləri və dini liderlər siyasətə qoşulmamaq şərtilə, yüksək əxlaqi və mənəvi cəhətdən saf insanları tərbiyə edərək, öz müqəddəs vəzifələrini yerinə yetirə və bununla da dövlətə yardımçı ola bilərlər”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı Lənkaranda keçirilən “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfransda səsləndirib.
Komitəsi sədrinin müavini deyib ki, ümummilli məsələlərdə hər bir Azərbaycan vətəndaşı birlik nümayiş etdirməli, ölkəmizin inkişafına çalışmalıdır. O vurğulayıb ki, dindarlar ölkənin quruculuğunda, müdafiəsində, cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanmasında böyük rola malikdirlər.
Konfransda qeyd olunub ki, bu gün dünyada islam dinini radikalizmə çevirmək cəhdləri geniş vüsət alıb. Azərbaycanda bu səhədə ciddi problemlər olmasa da müəyyən nöqsanlar var. Bu mövzuda məruzə ilə çıxış edənlər dini radikalizmə və ifrata qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu diqqətə çatırıblar.
Vurğulanıb ki, dini maarifləndirmənin gücləndirliməsi, dinimizin düzgün şəkildə insanlara aşılanması radikalizmin qarşısını alan ən güclü vasitədir.
Qeyd edək ki, konfransın keçirilməsində məqsəd dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır.


Teqlər:





Xəbər lenti