"Kim birinci türk qanı töksə..."
Olaylı plakatın qaldırılması bir neçə gün əvvəl İstanbulda "Qalatasaray" ilə Serbiyanın "Srvena Zvezda" basketbol klubu arasındakı oyundan əvvəl baş vermiş hadisə ilə bağlıdır. Belə ki, həmin qarşılaşmadan əvvəl serb azarkeşlərlə türkiyəlilər arasında dava olub. Bıçaqlanan serb azarkeş 5 saat əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu olaydan sonra Serbiyada müsəlman və xristian futbol azarkeşləri arasındakı münasibətlər daha da kəskinləşib. Hətta futbol federasiyasının qərarı ilə ölkədə müsəlmanların dəstəklədiyi tək futbol klubu olan "Novi Pazar"ın oyunu da təxirə salınıb.(Lent.az)
Teqlər: