Maşın dərəyə aşdı, sürücü öldü
AzVision.az El TV-yə istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralının 208-ci kilometrliyində, Kürdəmirin Qarabucaq kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 58 yaşlı Vaqif Əlizadə idarə etdiyi “Hyundai” markalı yük maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetmənin itirilməsi nəticəsində yoldan çıxıb. Bu zaman maşın yuvarlanaraq dərəyə düşüb.
Sürücü hadisə yerində dünyasın dəyişib. Maşın deformasiyaya uğradığından onun meyitini çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Xüsusi alət və texnika ilə meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.