“Vulkan”dan ölən qadınla bağlı AÇIQLAMA
İntihar edən Afaq Şükürova motelə əmisi oğlu ilə gəlibmiş. İlkin məlumatlara görə, həmin şəxslər A.Şükürovanın əvvəllər sevgi münasibətləri olub. Qadın əmisioğlunu sevməsinə baxmayaraq, başqasına ərə gedib.
Belə bir məlumatda var ki, Afaq Şükürova əmisi oğlu ilə həmin moteldə görüşüb cinsi əlaqədə olub. Məhz bundan sonra o intihara əl atıb. Hadisənin səbəbi isə hələlik məlum deyil.
İntihar hadisəsində adı hallanan “Vulkan” motelinin administratoru AzVision.az-a açıqlamasında bildirib ki, hadisədə onların hər hansı bir günahı yoxdur.
“Otel fəaliyyətini davam etdirir. İşimiz öz qaydasında davam edir. Baş verən hadisəni polis araşdırır. Motelin fəaliyyətində isə heç bir problem yoxdu”.
Anar Kəlbiyev