Sumqayıtlılara şad xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən respublikanın 53 şəhər və rayonunda əmək yarmarkaları keçirilib və yarmarkalarda ümumilikdə 1961 müəssisə tərəfindən 16781 boş (vakant) iş yeri təqdim olunub. Bu tədbirlər nəticəsində 4 833 nəfər işsiz və işaxtaran vətəndaşa boş iş yerlərinə göndəriş verilib və onların 80%-ı münasib iş yerləri ilə təmin olunub. Həmçinin 419 nəfər peşə hazırlığı kurslarına, 250 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Habelə ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirlərində 470 müəssisə üzrə 4089 boş (vakant) iş yeri təqdim olunub, 669 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib, 2 824 nəfər məzun və tələbənin şəxsi məlumatları (CV) qəbul olunub, 182 nəfər peşə hazırlığına cəlb olunmaq üçun qeydiyyata alınıb.
SYSLAB Təlim Tədris Mərkəzlərində 376 nəfər işsiz və işaxtaran vətəndaşa innovativ metodlar əsasında iş axtarışı bacarıqları aşılanıb ki, onlardan 305 nəfəri artıq özlərinə iş tapıblar.
Teqlər: