Deputatdan iş və ev təklifi...

Deputatdan iş və ev təklifi...
  19 Noyabr 2014    Oxunub:2568
“Təklif edirəm ki, xaricdə təhsil alan tələbələrimiz ölkədə dövlət qulluğuna qəbul zamanı test imtahanı verməsin”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Musa Quliyev deyib. Millət vəkilinin sözlərinə görə, xaricdə təhsil alan azərbaycanlı gənclər imtahansız işə qəbul olunsun.

“Çünki onlar ölkəyə qayıtdıqdan sonra dövlət qulluğunda işləmək istəmirlər və daha yüksək məvacibli yerlərdə iş axtarırlar”.

Millət vəkili bildirib ki, 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə təhsili üzrə dövlət proqramı sona çatır:

“Təklif edərdim ki, bu proqramın müddəti uzadılsın və büdəcədən bu proqrama yenidən vəsait ayrılsın”.

Həmçinin M.Quliyev gənc ailələrə sosial evlərin verilməsi məsələsinə toxunub. Millət vəkili bildirib ki, bunun üçün dövlət sahibkarlara şərait yaratmalıdır və onlarla müqavilə bağlamalıdır:

“Dövlət ən üstün şərtlərlə sahibkara imkan verməlidir ki, ucuz maya dəyərində başa gələn evləri tiksin. Sonra həmin evlər gənc ailələrə uzun müddətli ipoteka kreditləri ilə verilsin”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti