“Facebook”a da hücum etdilər

“Facebook”a da hücum etdilər
  16 Fevral 2013    Oxunub:1970
Facebook sosial şəbəkəsi xakerlərin hücumuna məruz qalıb.
Bu haqda mətbuata sosial şəbəkənin təhlükəsizlik bölməsindən məlumat verilib.
Məlum olub ki, yanvar ayında xakerlər mobil proqram təminatı istehsal edən kompaniyaların saytlarını istifadə edərək sosial şəbəkəyə sızıblar. Belə ki, bu saytları ziyarət edən zaman istifadəçinin kompüterinə zərərli proqramları yükləməyə imkan verən eksploit yoluxub. Lakin kompüterlər ən son antivirus proqramları ilə yoxlanıldıqdan sonra hücumun mahiyyəti müəyyən edilib.
Daha sonra facebook nümayəndələri hüquq-mühafizə orqanlarına müraciət ediblər və Oracle şirkətini proqram təminatlarındakı zəifliklə bağlı məlumatlandırıblar. Bu zəifliyin aradan qaldırlması üçün Oracle 1 fevral tarixində "patch" hazırlayıb.
Facebook-dan bildirilib ki, hər hansı bir məlumatın oğurlanması haqda fakt aşkar edilməyib.


Teqlər:  





Xəbər lenti