Bayraq günü ilə bağlı Bakıda flashmob - FOTO

Bayraq günü ilə bağlı Bakıda flashmob - FOTO
  12 Noyabr 2014    Oxunub:13290
Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar irimiqyaslı fləşmob keçirilib.
ATGTİ-dən AzVision.az-a bildiriblər ki, “3 rəngin sehrinə şahid ol” şüarı altında Heydər Əliyev Mərkəzinin ərazisində 3 mindən çox tələbə-gəncin iştirakı ilə keçirilmiş fləşmobda iştirakçılar üzərində Azərbaycanın dövlət bayrağı və “Bakı 2015” ilk Avropa Oyunlarının loqosu əks olunmuş lövhələri birləşdirərək Azərbaycan bayrağı və Avropa Oyunlarının loqosunun 936 m2 ölçülü təsvirini yaradıblar. Fləşmobun əsas məqsədi Azərbaycan bayrağı və Bakıda keçiriləcək ilk Avropa Oyunlarını dünya ictimaiyyətinə tanıtmaqdan ibarət olub. Fləşmobun videoçarxı “Euronews” televiziya kanalının “Şərhsiz” bölməsində və ATGTİ-nin youtube kanalında yayımlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti