`Xırdalan köçkünləri` evlərinə qaytarıldı

`Xırdalan köçkünləri` evlərinə qaytarıldı
  30 Oktyabr 2014    Oxunub:1849
Xırdalanda partlayış baş verən bina artıq tam təmir olunub və orada yaşayan vətəndaşlar öz evlərinə qaytarılıb”
Bunu AzVision.az-a açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. Komitə rəsmisi bildirib ki, partlayış zamanı zərərçəkən qaçqın və məcburi köçkünlərin hər birinin evi təmir olunub.

Xatırladaq ki, bu ilin sentyabrın 8-də Xırdalan şəhərindəki 26-cı məhəllədə qaçqın və məcburi köçkünlərin yaşadığı yarımtikilidə baş verən dəhşətli partlayışda 4 nəfər ölüb, 8-i isə yaralanıb. Bina təmir olan qədər zərərçəkənlər Xırdalan qəsəbəsində çadırlarda yerləşdirilmişdi. Binada əsasən Qubadlıdan olan məcburi köçkünlər məskunlaşıblar.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti