Rəsul Cəfərov həbsdə qaldı

Rəsul Cəfərov həbsdə qaldı
  29 Oktyabr 2014    Oxunub:1266
Bakı Apellyasiya Məhkəməsi bu gün hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs müddətinin uzadılması ilə bağlı şikayətini təmin etməyib.

Bu barədə Turan-a Cəfərovun hüquqi nümayəndəsi Günay İsmayılova bildirib.

Şikayət Nəsimi rayon məhkəməsinin 23 oktyabr tarixli Cəfərovun həbs müddətinin üç ay uzadılması haqqında qərarından verilib.

İsmayılovanın sözlərinə görə, indi müdafiə tərəfi qətimkan tədbirinin ev dustaqlığı və ya girova buraxılma ilə əvəz edilməsi haqqında vəsatət vermək niyyətindədir.

AzVision.az



Teqlər:





Xəbər lenti