İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
  29 Oktyabr 2014    Oxunub:1008
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Russeffə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir: "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

AzVision.az


Teqlər:





Xəbər lenti