MTRŞ sədri: “Bizi məhkəməyə verə bilər”

MTRŞ sədri: “Bizi məhkəməyə verə bilər”
  02 May 2013    Oxunub:1431
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov İTV-yə seçkilərin şəffaf keçirilmədiyini deyir.
“Bu barədə heç bir məlumatım yoxdur”. Bunu AzVision.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun Yayım Şurasını məhkəməyə verməsinə münasibətində deyib. N.Məhərrəmli bildirib ki, Emin Hüseynov bizi məhkəməyə vermək istəyirsə, buyura bilər.

Xatırladaq ki, aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şurasının İTV-yə direktor seçkiləri ilə bağlı iclası keçirilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini Cəmil Quliyev tutub. Onun rəqiblərindən biri Emin Hüseynov olub. Bundan sonra Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkinin şəffaf olmadığını deyib. Emin Hüseynov qeyd edib ki, seçkiyə Milli Televiziya və Radio Şurasının (MTRŞ) müdaxiləsi olub. Həmçinin Emin Hüseynov səsvermənin nəticəsini tanımadığını vurğulayıb. Pozuntulara görə məhkəməyə müraciət edəcəyini və Avropa Yayımları Birliyinə məlumat verəcəyini bildirib.

Anar



Teqlər:  





Xəbər lenti