Yerə yaxınlaşan asteroid

Yerə yaxınlaşan asteroid
  15 Fevral 2013    Oxunub:2356
On beş mərtəbəli bina böyüklüyündə olan asteroid bu gün axşam Yer kürəsinin yaxınlığından keçəcək.
Asteroid geostansionar peyklərin aşağısından keçsə də, toqquşma təhlükəsi yoxdur. Məlumatda bildirilir ki, asteroid 2012 DA14 hələ ötən ilin fevral ayında İspaniyanın La Saqra məntəqəsində müşahidə edilib. Hesablamalardan sonra bəlli olub ki, bu obyekt yerə çox yaxın məsafədən keçəcək. Hətta, bəzi astronomlar deyirdilər ki, çox kiçik ehtimalla toqquşma ola bilər.
Asteroidin diametrinin təqribən 45 metr, çəkisinin isə 130 min ton olduğunu nəzərə alsaq, o zaman, dəhşətli faciələr baş verə bilər. Çünki, Tunqus nümunəsindən fərqli olaraq, onun təsiri 2.4 meqaton trotil partlayış gücündə dəyərləndirilir.
Lakin bir müddət tədqiqatların aparılmasından sonra bəlli olub ki, toqquşma olmayacaq. Son hesablamalara görə isə, asteroid Bakı vaxtilə 23.25-də yerin 27.7 kilometr yüksəkliyindən keçəcək.
Dünya tarixində ilk dəfədir bu cür iri asteroid yer planetinə çox yaxın məsafədən keçəcək. Bütün könüllülər asteroidin planetə yaxınlaşmasını teleskop və ya internet vasitəsilə izləyə bilər.

Qalereya




Teqlər:  





Xəbər lenti