İŞİD-dən növbəti qətliam: 300 əsgər edam edildi
İŞİD və hökumət qüvvələrinin şiddətli döyüşü nəticəsində yüzlərlə İraq əsgəri öldürülüb. Hərbi bazanı ələ keçirdikdən sonra İŞİD yaraqları sağ ələ keçirilən 300-dən çox hərbçini edam edib. Rəsmi Bağdad hadisəni şərh etməkdən imtina edir.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev