İlham Əliyev CAR-ı təbrik etdi
Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Ceykob Gedleyihlekisa Zumaya
Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin inkişafı yolunda atdığımız qarşılıqlı addımlar dostluq əlaqələrimizin və əməkdaşlığımızın daim genişlənməsi və möhkəmlənməsi üçün yeni imkanlar açacaqdır.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti