“Əliyev və Sarkisyan görüşü səmərəli keçdi” - Uorlik

“Əliyev və Sarkisyan görüşü səmərəli keçdi” - Uorlik
  05 Sentyabr 2014    Oxunub:1702
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Uelsdə keçirilən NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında baş tutan danışıqların səmərəli keçdiyini bildirib.

AzVision.az xəbər verir ki, bu barədə amerikalı həmsədr öz “Twitter” səhifəsində yazıb.

“Uelsdə Con Kerrinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar səmərəli keçib. Biz kömək etməyə hazırıq” – deyə, Uorlik bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla NATO sammiti çərçivəsində keçirdiyi görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı öz dərin narahatlığını ifadə edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti