İŞİD daha bir jurnalistin başını kəsdi - VİDEO

İŞİD daha bir jurnalistin başını kəsdi - VİDEO
  03 Sentyabr 2014    Oxunub:5741
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı daha bir amerikalı jurnalisti başını kəsib.
AzVision.az xəbər verir ki, müstəqil jurnalist Stiven Sotlofun edam görüntüləri artıq internetdə yayılıb. Öldürülən jurnalistin yanında dayanan maskalı şəxs İngiltərənin İŞİD-ə qarşı ABŞ-la iş birliyini dayandırmağını tələb edib. Əks təqdirdə Devid Heynes adlı ingilis əsilli girovu öldürəcəyini bəyan edib.

Ağ Evdən verilən açıqlamada isə jurnalistin edam edildiyi videonun orjinallığı araşdırılır.

31 yaşlı floridalı jurnalistin keçən il avqust ayında İŞİD üzvləri tərəfindən girov götürüldüyü bildirilir.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti