Baş həkim Tovuzdakı olayı xəstənin üstünə atdı
AzVision.az məsələ ilə bağlı xəstəxanın baş həkimi Paşa Muradovla əlaqə saxlayıb. Baş həkim hadisənin günahını xəstənin üstünə atıb.
“O xəstəxanaya elə vəziyyətdə gəlmişdi ki, heç tibb bacıları da ona yaxınlaşa bilmirdi. Sərxoş olub və onu sakitləşdirmək mümkün olmayıb. Xəstəxananın qapı, pəncələrini sındırıb. Ancaq cərrah gəlib onu sakitləşdirə bilib və yarasına baxıb”,-deyə baş həkim əlavə edib.
Qeyd edək ki, hadisə ilə bağlı Xəstəxananın baş həkiminin müavini Mahirə Quliyeva isə iş vaxtı yerində olmayan həkimin cəzalandırılacağını bildirmişdi.
Sevinc İltifatqızı