Dəniz yenə can aldı

Dəniz yenə can aldı
  25 Avqust 2014    Oxunub:1540
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərinin ərazisində dənizdə (“Cənub” sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüqar Amil oğlu Əsgərov batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıb.

V.Əsgərovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:20-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti