Tərtərdə ailə faciəsi: oğul anasını və atasını doğradı

Tərtərdə ailə faciəsi: oğul anasını və atasını doğradı
  24 Avqust 2014    Oxunub:3943
Tərtər rayonunda dəhşətli hadisə baş verib.
AzVision.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, rayonun Bayandur kəndində 1985-ci il təvəllüdlü Arzuman Vəliyev valideynlərini öldürmək məqsədi ilə onları bıçaqlayıb. 29 yaşlı oğlan əvvəlcə atası Sərdar Vəliyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, daha sonra anası Gülbəs Vəliyevaya hücum edib və anasına ağır zərbələr endirib. Qadın Bərdə rayonunda xəstəxanaya yerləşdirilib, vəziyyəti kritikdir.

Hadisəni törədən oğul tutulub. Onun ana-atasını hansı səbəbdən öldürməyə qərar verməsi dəqiq bilinmir.

Digər məlumata görə, hadisəni törədən A.Vəliyev ruhi-əsəb xəstəsidir. O saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.


Teqlər:





Xəbər lenti