Cəbhədə yaşayan uşaqlar Bakıya gətirilir

Cəbhədə yaşayan uşaqlar Bakıya gətirilir
  21 Avqust 2014    Oxunub:2009
Bu gün Azərbaycanın müharibə vəziyyətində yaşadığı nəzərə alınaraq təcavüzkar dövlət ilə sərhəddə və qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən rayonlardan olan uşaqların inkişafı məqsədilə xüsusi tədbirlərin reallaşdırılması planlaşdırılır.
Ölkə rəhbərliyinin tapşırığına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Gənclər və İdman Nazirliyi ilə birlikdə Azərbaycanın düşmən Ermənistan ilə həmsərhəd bölgələrindən, xüsusilə qoşunların təmas xəttinə yaxın rayonlardan olan uşaqların yay istirahətini təşkil etməyi nəzərdə tutur.

AQUPDK-nın mətbuat xidmətindən bildiriblər ki, bu məqsədlə avqustun 27 –dən sentyabrın 10-dək həmin bölgələrdən olan 120 uşağın Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay düşərgəsi təşkil ediləcək.

Düşərgə əsasən təmas xəttində yerləşən Tərtər, Ağdam, Goranboy, həmçinin Ağstafa və Tovuz rayonlarının Ermənistan ilə həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

İstirahət zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramlar həyata keçiriləcək. Düşərgədə qrup işi, fərdi liderlik qabiliyyətləri, biliklərin artırılması və s. sahələrdə uşaqların imkanların artırılması nəzərdə tutulub.


Teqlər:  





Xəbər lenti