`Belimi qırdın Cavidan` - Anar Bayramoğlundan qızına

`Belimi qırdın Cavidan` - Anar Bayramoğlundan qızına
  08 Avqust 2014    Oxunub:6968
`Qızım sən ordan düşəndə hansı qorxu hissi keçirmisən? necə qorxmusan? Nə düşünmüsən? Kimdən kömək istəmisən? necə bağırmısan? Qızım, bu suallar məni ömür boyu dinc buraxmayacaq. Bu suallara cavab tapa bilməyəcəm. Belimi qırdın, Cavidan. Kaş Allah mənə bir də qız nəsib etməsin. Səni heç kim əvəz etməyəcək, qızım. Sənsiz heç kiməm. Sən həyatımda ilk çıraq oldun. Ailəmizə ilk işığı sən saçdın. Sənsizliyə dözməyəcəm, ay qızım`
AzVision.az xəbər verii ki, bunlar bir neçə gün bundan qabaq faciəli şəkildə dünyasını dəyişən “Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlunun qızı Cavidan haqqında atasının dediyi ürəkağrıdan sözləridir.

Bunu Anar Bayramoğlunun əmisi oğlu, “Şərq” qəzetinin əməkdaşı Ayyət Əhməd Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, həmin gün çox dəhşət idi:

“Allah Cavidan qızımıza rəhmət eləsin. Yeri behişt olsun. Dünyaya mələk kimi gəldi, mələk kimi də köç etdi. Çox kədərli və ağır mənzərə idi. Bir atadan belə ah-nalə eşitmək dözülməzdir. Ağırdır. Çox üzülürəm, hələ də özümə gələ bilmirəm. Cavidan gedişilə ürəyimizə dağ basdı. Nə edəsən, geri qayıtmayacaq axı. Qayıt geri, balaca. Nələri verərdim, təki geri qayıtsın. Allahdan səbr diləyirəm. Başımız sağ olsun, qardaş”





AzVision.az


Teqlər:  





Xəbər lenti