`1142 yer boş qalıb` - Məleykə Abbaszadə

`1142 yer boş qalıb` - Məleykə Abbaszadə
  08 Avqust 2014    Oxunub:2331
"Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi davam edir."
AzVision.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfrasında deyib.

TQDK rəsmisinin sözlərinə görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərin sayı 1442-dir:

`İxtisas seçimi avqustun 4-dən başlayıb və 11-dək davam edəcək. Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında təqdim olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Məleykə Abbaszadə bildirib ki, bu gün ərzində saat 10:30-a olan məlumata görə 699 bakalavr boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini edib və elektron ərizəsini təsdiqləyib.


Teqlər:





Xəbər lenti