Uorlikdən prezidentlərin görüşünə REAKSİYA

Uorlikdən prezidentlərin görüşünə REAKSİYA
  08 Avqust 2014    Oxunub:2308
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirib.
AzVision.az xəbər verir ki, həmsədri "Twitter" səhifəsində bu görüşü alqışlaşdığını qeyd edib:

"Biz Putinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirmək təşəbbüsünü alqışlayırıq. Biz tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq".

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə avqustun 8- və 9-da Soçi şəhərində prezidentlərin görüşü nəzərdə tutulub.



Teqlər:





Xəbər lenti