Lənkəranda ev külə döndü

Lənkəranda ev  külə döndü
  08 Avqust 2014    Oxunub:1595
Lənkəran rayonunda 2 mərtəbəli ev yanıb.
AzVision.az Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sinovlu kənd sakini,35 yaşlı Tapdıq Nəsirova məxsus evdə saat 16.20 radələrində baş verən yanğını söndürmək məqsədilə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı texnikası əraziyə çatana kimi alov bütün yaşayış evini bürüyüb.

Ümumi sahəsi 99 kv.m olan 4 otaqlı, 2 mərtəbəli ev tamamilə yanaraq külə dönüb. Yeni evdə elektrik və qaz xətləri çəkilmədiyinə görə ev sahibi onun qəsdən yandırıldığını iddia edir.

Faktla bağlı hadisə yerində araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti