Jirinovski azərbaycanlı jurnalistə cavab yazdı

“Cənab Vladimir Volfovic. Mən adi Azərbaycan vətəndaşıyam. Peşəm jurnalistdir. Siz yaxşı bilirsiniz ki, bu gün Azərbaycanda nələr baş verir, hansı problemləri və uğurları var. Bir neçə həftə bundan əvvəl bizim soydaşlarımız və Rusiya vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni postlarını keçərək erməni əsarətində olan oğma rayonları Kəlbəəcərə gediblər, bu rayonda onlar doğulublar. Öz doğmalarının qəbirlərini ziyarət etmək istəyiblər. Onlar Onlarin buna həm insan kimi , həm də hüquqi cəhətdən haqları var. Siz çox gözəl bilirsiniz ki, bu torpaqlar türk torpaqlarıdır. Və tarixən də biz azərbaycanlılara məxsusdur. Sizin ibarənizlə desək, xəzərilərə. Son zamanlar Siz Azərbaycanın tərəfini saxlayırsınız. Mən inanıram ki, Siz ermənilərin əsirlikdə saxladıqları, qanını içdikləri soydaşlarımızın əsirlikdən qaytarılmasında vasitəçi ola bilərsiniz. Sizin yardımınızı istəyirəm! Bu məktubu da Sizə böyük ümidlə yazıram. İnanıram ki, Siz Rusiya vətəndaşlarıını və bizim soydaşlarımızın erməni əsirliyindən qaytarılmasında , onların erməni əsirliyindən alınmasında yardımçı ola bilərsiniz. O zaman gəlib əllərinizdən öpəcəm. İnanıram ki, danışdığım hadisə sizi narahat edəcək! Cavab gözləyirəm”.
Jirinovski bir cümlə ilə cavab verib: “Будем работать в этом направлении...” (“Bu istiqamətdə işləyəcəyik...”)
AzVision.az