***
APA-nın verdiyi məlumata görə, diversiya qrupunun məhv edilmiş üzvlərinin üstündən xeyli sayta hərbi silah-sursat aşkar edilərək götürülüb.
Hərbi birləşmədən bildiriblər ki, tutulan erməni diversantın üzərindəki mobil telefonda onun hərbi formada şəkilləri və komandirlərinin telefon nömrələri olub.
Dindirilən diversant, Azərbaycan xalqından və Prezidentindən üzr istəyib və öz ölkəsinə geri qaytarılmasını xahiş edib.
Qeyd edək ki, həmin şəxslə bağlı artıq Müdafiə Nazirliyi rəsmi məlumat yayıb və bildirib ki, həmin şəxs erməni diversantdır. Nazirlik qeyd edib ki, bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Nəticədə 4 erməni diversant məhv edilib.
Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.
Sevinc İltifatqızı