Şəhidlərimizə görə Avropa Parlamentinə MÜRACİƏT

Şəhidlərimizə görə Avropa Parlamentinə MÜRACİƏT
  07 Avqust 2014    Oxunub:1775
Niderlandın Assen şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərindən dərin narahatlığını bildirib.
Diasporla iş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, Cəmiyyət Avropa Ombudsmanına və Avropa Parlamentinə məktubla müraciət edərək, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın 13 hərbçisi şəhid olmasına etirazını bildirib və işğalçı Ermənistanın diversiya əməliyyatlarına biganə qalmamağa çağırıb. “Dünya ictimaiyyəti nəhayət ki, Ermənistanın son addımlarının bölgədə sülh və əminamanlıq üçün nə qədər təhlükəli olduğunu anlamalı və ədalətli mövqe nümayiş etdirərək Ermənistanın 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinin müddəalarını kobud şəkildə pozmasını və Azərbaycana qarşı təxribatlarını ciddi şəkildə pisləməlidir”.

Sonda bir milyona yaxın Azərbaycan vətəndaşının hələ də qaçqın və məcburi köçkün həyatı yaşadığı xatırladılıb, Avropa Ombudsmanı və Parlamentindən təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsi xahiş edilib.


Teqlər:





Xəbər lenti