Prezident müdafiə naziri ilə görüşdü

Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində əlaqələrin müzakirəsi üçün səfərin yaxşı fürsət yaratdığını dedi.
Latviyanın müdafiə naziri Raymonds Veyonis ölkələrimiz arasında ikitərəfli münasibətlərin davamlı inkişafının əhəmiyyətini vurğuladı. Nazir Azərbaycanın ölkəsi üçün müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə mühüm tərəfdaş olduğunu bildirdi. O, Latviyanın Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə maraq göstərdiyini qeyd etdi.
Teqlər: