Yalan xəbərlərə savaş açıldı - Baş redaktorlardan təşəbbüs

Baş redaktorlar Anar Niftəliyev (Axar.az), Elçin Zahiroğlu (Aznews.az), Amil Hacıyev (Publika.az), Vüsal Məmmədov (AzVision.az) məsələni birlikdə müzakirə edərək, belə qərara gəliblər ki, bundan sonra onların rəhbərik etdikləri saytlarda ordu və cəbhə ilə bağlı qeyri-dəqiq, yoxlanılmamış, insanlarda təşviş yarada və ölkənin maraqlarına zərbə vura biləcək heç bir informasiya yer almayacaq. Ehtiyac yarandıqda isə aldıqları xəbəri bir-birilə məsləhətləşəndən sonra yayacaqlar.
Redaktorlar həmçinin qəti şəkildə qərara gəliblər ki, bundan sonra o qədər də tanınmayan, məqsədi aydın olmayan saytların xəbərlərinə istinad etməyəcəklər. Çünki belə istinadlar həmin saytları və onların xəbərlərini bir növ leqallaşdırır və etibarlıq dərəcəsini artırır.
Baş redaktorlar digər həmkarlarını da təşəbbüsə qoşulmağa dəvət edirlər.
Teqlər: