Azərbaycanda ilk - asfaltın keyfiyyəti yoxlanılacaq

Azərbaycanda ilk - asfaltın keyfiyyəti yoxlanılacaq
  06 Avqust 2014    Oxunub:1840
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi asfaltın keyfiyyətini müəyyən etmək üçün səyyar sınaq laboratoriyanı istifadəyə verib.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi asfaltın keyfiyyətini müəyyən etmək üçün səyyar sınaq laboratoriyanı istifadəyə verib.

AzVision.az xəbər verir ki, ölkəmizdə ilk belə bir laboratoriyanın qurulmasında məqsəd asfalt-beton qarışığı məhsullarının keyfiyyətinə nəzarətlə bağlı işləri sürətləndirməkdir. Belə ki, respublikada çəkilmiş və çəkilməkdə olan asfalt yollarının keyfiyyət göstəricilərini operativ və yerində müəyyən etmək üçün Komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) tərəfindən asfaltın sınağı üzrə səyyar laboratoriya alınıb istifadəyə verilib.

Laboratoriyada qurulmuş ən müasir texnoloji avadanlıqlar vasitəsilə həm çəkilmiş, həm də çəkilməkdə olan yollarda asfalt-betonun keyfiyyətini bütün göstəricilər üzrə müəyyən etmək, həmçinin yolun alt qatının-özülünün keyfiyyətini yoxlamaq mümkündür. Səyyar laboratoriyada asfalt-beton qarışığının və bu qarışıqda istifadə olunan materialların – bitum, qırma daş, çınqıl və mineral tozun da keyfiyyəti müəyyən olunacaq.
Laboratoriyada çalışan işçilər xarici ölkələrdə ixtisasartırma kursu keçərək, sınaq metodlarına dərindən yiyələniblər. Laboratoriya artıq ilk sınaqlarına başlayıb.


Teqlər:





Xəbər lenti