Birincilərə 14 gün vaxt verildi

Birincilərə 14 gün vaxt verildi
  06 Avqust 2014    Oxunub:2183
Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə müvafiq əmrinə əsasən paytaxtda yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərə qəbul elektron ərizələr vasitəsilə aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, bu qurumun saytında ( www.bakuedu.az) hazırda 2 min 500 nəfər müvafiq qeydiyyatdan keçib. Elektron ərizə vasitəsilə müraciət edənlərin sayının artacağı gözlənilir. Elektron ərizələrin qəbulu avqustun 20–dək davam edəcək.

Avqustun 5-dən etibarən xüsusi komissiyalar tərəfindən müsahibələrin keçirilməsinə başlanılıb və bu proses sentyabrın 10-dək davam edəcək. Hazırda 8 komissiya fəaliyyət göstərir. Hər komissiya 5 nəfərdən ibarətdir (komissiya sədri, iki nəfər ibtidai sinif müəllimi, 1 psixoloq, 1 həkim-defektoloq).

Hər uşağa 4 sual verilir və hər sual 5 ballıq sistemlə qiymətləndirilir.

On beş və daha yüksək bal toplayan şagirdlərin məktəbə getməsinə icazə verilir.




Teqlər:





Xəbər lenti