Qazaxdan son xəbər: düşmən susduruldu

Qazaxdan son xəbər: düşmən susduruldu
  06 Avqust 2014    Oxunub:4110
“Hazırda Qazax rayonunun düşmənlə sərhəd kəndlərində sakitlikdir”.
Bu barədə AzVision.az-a Qazax rayonunun icra başçısının müavini Tahir Musayev məlumat verib.

Onun sözlərinə görə, ötən gecə və bu gün səhər saatlarında atışma olsa da, indi sakitlikdir.

“Hazırda vəziyyət stabildir. Nahata olmayın, sakitlikdir. Düşmən ordumuz tərəfindən susdurulub”.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, hazırda Qazaxın yalnız Quşçu Ayrım və Məzəm kəndlərində atışma gedir.

Sevinc


Teqlər:  





Xəbər lenti