Ermənilər 10 yaşlı uşağı yaraladılar

Ermənilər 10 yaşlı uşağı yaraladılar
  06 Avqust 2014    Oxunub:1763
Ötən gün cəbhənin Ağstafa rayonu istiqamətində düşmən silahları susmayıb. Bu dəfə ermənilər sərhəddə yerləşən Köhnə Qışlaq kəndini intensiv atəşə məruz qoyublar.
Bir neçə saat davam edən atışma nəticəsində Köhnə Qışlaq sakini, 10 yaşlı Qoşqar Abbasov boyun nahiyəsindən qəlpə yarası alaraq yaralanıb. Azyaşlıya ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Tovuzun Əlibəyli və Hacallı kəndləri isə təxminən gecə saat 03:30-a qədər iriçapalı silahlardan atəşə tutulub. Daha çox işıqsaçan, yandırıcı güllərdən istifadə olunması otlaq sahələrində yanğın baş verməsinə səbəb olub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi ilə düşmən susdurulub.(kəpəz tv)


Teqlər:  





Xəbər lenti