Rəsulzadə İlham Əliyevə təşəkkür etdi

Rəsulzadə İlham Əliyevə təşəkkür etdi
  06 Avqust 2014    Oxunub:2394
“Dünən axşam saatlarında Bakıya qayıtdıq. Özümü babat hiss edirəm”.
Bunu AzVision.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Almaniyada əməliyyat olunan Rais Rəsuzladə deyib.

Əməliyyatın uğurlu keçdiyini söyləyən Rəsulzadənin sözlərinə görə, hər şey öz qaydasındadır : “Narahat olmayın, sağlamlıq durumum çox yaxşıdır, prezidentə bir daha öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə Rais Rəsuzladə müalicə olunmaq üçün Almaniyaya göndərilib.

Ölkə başçısının göstərişinə əsasən, R.Rəsuzladə dövlət hesabına Almaniyanın məşhur “Şarite” hospitalında əməliyyat ediləcək və müalicə alacaq.

Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti