Arif Yunusa 3 ay həbs verildi

Arif Yunusa 3 ay həbs verildi
  05 Avqust 2014    Oxunub:1277
Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus barəsində həbs-qətimkan tədbiri seçilib.
AzVision.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində Arif Yunusun həbs edilməsi barədə prokurorluğun təqdimatına baxılıb. Məhkəmə Arif Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir.

AzVision.az


Teqlər:





Xəbər lenti