Dərs ili uzadıldı - VİDEO

Sentyabrın 15-də başlayacaq dərs ili iyunun 14-ə qədər davam edəcək. Artıq Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı, şagirdlərin tətil günləri, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən konkret təkliflərin toplandığı planı hökumətə təqdim edib.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov bildirib ki, ümumitəhsil məktəblərində tədris həftələrinin sayı 32,8 olub. Bu həftənin beş günü işləyən məktəblərdə 164 gün, altı gün işləyən məktəblərdə isə 197 gün deməkdir.
Teqlər: