Şəhidə verilən medal ailəsinə təqdim edilib

Şəhidə verilən medal ailəsinə təqdim edilib
  05 Avqust 2014    Oxunub:1774
AzVision.az ELTV-yə istinadən bildirir ki, cəbhənin Ağdam istiqamətində ermənilərin hücum cəhdinin qarşısını alarkən şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sənan Qeyrət oğlu Quliyevin ailəsinə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalın təqdim edilməsi mərasimi keçirilib.

Mərasim xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınan Yeni Xocavənd qəsəbəsində təşkil olunub.

Müdafiə Nazirliyinin, Xocavənd rayonunun icra strukturlarının, məcburi köçkünlərin və hərbi qulluqçuların iştirak etdiyi mərasimdə şəhidlərin şücaətindən bəhs edilib, ruhlarına dualar oxunub.

Qeyd edilib ki, doğma kəndi işğal edilən, yaxın qohumları ermənilər tərəfindən qətlə yetirilən Sənan Quliyev Vətənə olan borcunu ləyaqətlə yerinə yetirərək şəhid olub. Mərasimdə iştirak edən hərbi qulluqçular və xocavəndli məcburi köçkünlər xalqımıza və dövlətimizə sadiq olacaqlarına, daim Ali Baş Komandanın əmrinə hazır olacaqlarına, işğal altında olan torpaqlarımızı azad edəcəklərinə and içiblər.


Teqlər:





Xəbər lenti