İxtisas seçiminin vaxtı uzadıldı

İxtisas seçiminin vaxtı uzadıldı
  05 Avqust 2014    Oxunub:1640
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı 6 avqust saat 09:00-dək uzadılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a daxil olan məlumatda bildirilir ki, ixtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

2014-cü il 5 avqust saat 15:30-a olan məlumata görə 35815 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyiblər.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:





Xəbər lenti