Prezidentlərin Soçi görüşü sual altındadır

Prezidentlərin Soçi görüşü sual altındadır
  05 Avqust 2014    Oxunub:3189
Cəbhədə baş verən gərginlikdən sonra rəsmi İrəvanın Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-i və ya 9-u Soçidə görüşünə dair yaydığı məlumata rəsmi Bakıdan münasibət gəlib.
Prezdent Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib ki, bu görüşün olub-olmasına dair hələlik Azərbaycan tərəfinin yekun qərarı yoxdur.

Novruz Məmmədovun sözlərinə görə, Azərbaycan Prezidenti belə hesab edir ki, danışıqlara o zaman getmək lazımdır ki, o danışıqalarda konkret bir məqsəd olsun, konkret nəticə əldə etmək üçün imkan olsun, bu olmadığı üçün danışıqlar baş tutmayıb: “Təşəbbüslər və təkliflər var idi, amma görüşlə bağlı qərar veriləndə məlumat verəcəyik. Görürsünüzmü, hansı addımlar atırlar ki, görüş baş tutmasın”.(Ans)




Teqlər:





Xəbər lenti