Prezident orta məktəbə baş çəkdi - FOTOLAR

Prezident orta məktəbə baş çəkdi - FOTOLAR
  04 Avqust 2014    Oxunub:3150
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 4-də Xətai rayonundakı 56 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, məktəbin binası 1976-cı ildə inşa olunub. 960 şagird yerlik məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Prezidentin tapşırıqlarına uyğun olaraq, yeni dərs ilinə hazırlıq məqsədilə məktəbin binası əsaslı şəkildə yenidən qurulub, lazımi ləvazimatla təchiz edilib.

Dövlət başçısına Xətai rayonundakı məktəblərdə görülən təmir və yenidənqurma işləri barədə də məlumat verildi.

Prezident İlham Əliyev məktəbin sinif otaqlarına baxdı, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu. İdman zallarında və hərbi hazırlıq kabinetində də yüksək şəraitin yaradıldığı vurğulandı.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti