Dəhşətli qətlin üstü açılıb

Dəhşətli qətlin üstü açılıb
  04 Avqust 2014    Oxunub:2737
DİN Azərbaycanda iki ay əvvəl baş vermiş dəhşətli qətllə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Orxan Muxtarovun, Ələkbər Babayevin və Feyruz Kərimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, Abutel İsgəndərovanın evindən 2500 manat və qızıl əşyalar oğurlamaları, habelə cari ilin may ayının 31-də oğurluq məqsədi ilə Köçəsgər kənd sakini Savat Mahmudovanın evinə girmələri, qadının onları tanıdığından onu boğaraq qətlə yetirmələri müəyyən edilib. S.Mahmudovanın meyiti eksqumasiya edilib.
Faktla bağlı araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti