Tərtərdən aksiya açıqlaması

“Qapanlı kəndinin sakinləri heç yerə getməyiblər. Kənd boşaldılmayıb və boşaldılmayacaq da. Ermənilər hücum etsə də, kənd əhalisi öz vətənini qoruyacaq. Bu cür yalan məlumatları jurnalistlər niyə yayır, bilmirik”,-deyə İcra Hakimiyyətindən əlavə ediblər.
Qeyd edək ki, anspress-in yaydığı məlumata görə, bu gün bəzi kütləvi informasiya vasitələrində cəbhə xəttinə yaxın yerləşən kəndələrimizdən, daha dəqiq Tərtərin Qapanlı kəndində sakinlərin köçürülməsi barədə yayılan yalan məlumatlarla bağlı aksiya keçiriləcək.
Qapanlı sakinləri kənddən köçmələri ilə bağlı yayılan xəbərlərə etiraz edəcəklər. Etiraz aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı gözlənilir. Etiraz aksiyasında sakinlər öz kəndlərindən heç bir yerə köçmədiklərini nümayiş etdirəcəklər.
Sevinc İltifatqızı