Azərbaycanın daha 4 hərbçisi şəhid oldu

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaəti nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.
Həlak olan hərbi qulluqçular:
- gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.