İsveçə ilə viza rejimi ləğv edilə bilər

İsveçə ilə viza rejimi ləğv edilə bilər
  02 Avqust 2014    Oxunub:2112
İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər.
Bu barədə bu gün Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, İsveçrə ilə Azərbaycan arasında viza rejimi və readmissiya haqqında danışıqlar başa çatıb: "Ümidvarıq ki, yaxın gələcəkdə bu sənədlər imzalanacaq və ratifikasiya olunacaq".

M.Məmmədquliyev bildirib ki, bu proses başa çatdıqdan sonra diplomatik və xidməti pasport sahibləri vizasız gedib-gələcək, adi vətəndaşlar üçün isə viza sənədlərinin sayı və viza rüsumunun məbləği azaldılacaq: "Gələcəkdə isə ümumiyyətlə vizaların aradan qaldırılması məsələsi üzrə də razılığa gələ bilərik".



Teqlər:  





Xəbər lenti